...

Respublika Baş Dövlət Yol Polisi Xaçmazda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 13 İyun 2011 13:12 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Xaçmazda baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Respublika Baş Dövlət Yol Polisi Xaçmazda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Xaçmazda baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, dünən saat 18:00 radələrində Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 1987-ci il təvəllüdlü, Bakı şəhər sakini Nəsibov Tural Yurik oğlu idarə etdiyi "Hyundai Santa Fe" markalı, 90-DL-066 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1982-ci il təvəllüdlü Alimov Tahir Əhmədxan oğlu və Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü Musayev Seymur Barat oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, avtomobilin sürücüsü isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti