...

Bakıdakı kafelərin birində silahlı insident baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 İyun 2011 10:41 (UTC +04:00)
Bu gün səhər Bakıdakı kafelərin birində silahlı insident qeydə alınıb.
Bakıdakı kafelərin birində silahlı insident baş verib (ƏLAVƏ OLUNUB)

Tibbi Kliniki Mərkəzin məlumatı əlavə olunub (ilk xəbər 10:26-da yayılıb)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün səhər Bakıdakı kafelərin birində silahlı insident qeydə alınıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən Trend-ə verilən məlumata görə, səhər saatlarında 1-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən "Arzular" kafesində Ruslan Ələkbərov döş qəfəsindən güllələnib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin Bakı şəhər sakini İlqar Əbdürrəhmanov tərəfindən törədildiyi məlub olub və onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Tibbi Kliniki Mərkəzdən Trend-ə verilən məlumata görə, Ələkbərovun üzərində əməliyyat aparılıb və hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti