...

Göyçayda oğurlanmış qaz boruları daşıyan avtomobil saxlanılıb

Hadisə Materials 1 İyul 2011 13:52 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayon sakini Seymur Məmmədovun idarə etdiyi "MAZ" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb.
Göyçayda oğurlanmış qaz boruları daşıyan avtomobil saxlanılıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Göyçayda oğurlanmış qaz boruları daşıyan avtomobil saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayon sakini Seymur Məmmədovun idarə etdiyi "MAZ" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb.

Avtomaşına baxış zamanı oradan kəsilmiş qaz boruları aşkar edilib.

Araşdırmalar zamanı həmin boruların Şəkər kəndi ərazisindən keçən, Rayon Qaz İstismarı Sahəsinə məxsus oğurlanmış qaz borusunun bir hissəsi olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti