Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda fəhlə təmir işləri apararkən yıxılaraq ölüb.
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında 41 yaşlı Lerik rayon sakini Ağalar Cabbarov 7-ci mikrorayon, Məlikov küçəsi, məhəllə 12/60, ev 29a-nın birinci mərtəbəsində təmir işləri apararkən yıxılıb. Fəhlə aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Təmir aparılan bina "Piramida"İTK-ya məxsus olub.
Faktla bağlı araşdırma aparılır.