...

Azərbaycan Əfqanistan XİN-ə nota təqdim edib

Hadisə Materials 10 İyul 2011 16:37 (UTC +04:00)
Əfqanıstan ərazisində qəzaya uğramış Azərbaycan təyyarəsinin heyət üzvlərinin meyidlərini Kabilə çatdırılmasına yardım üçün, Azərbaycan Əfqanıstan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib
Azərbaycan Əfqanistan XİN-ə nota təqdim edib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir S.Ağayeva/

Əfqanıstan ərazisində qəzaya uğramış Azərbaycan təyyarəsinin heyət üzvlərinin meyidlərini Kabilə çatdırılmasına yardım üçün, Azərbaycan Əfqanıstan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib.

"Kabilə meyidlərin çatdırılmasına, sonradan qəza səbəblərini müəyyən etmək üçün yaradılmış Azərbaycan komissiya üzvlərinə verilməsi üçün Azərbaycan rəsmi olaraq Əfqanıstanın Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib,"bazar günü Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.

O qeyd edib ki, sonra meyidlər Bakı çatdırıla bilər.

Səfirin sözlərinə görə, Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəblərini müəyyən etmək üçün bu ölkəyə gedən komissiya üzvləri, mürəkkəb vəziyyət səbəbindən qəza ərazisinə çata bilməyiblər.

"Baxmayaraq koalisiya qüvvələri Azərbaycan Mülki Aviasiya İdarəsi və Silk Way şirkətinin mütəxəssislərindən ibarət qəzanın səbəblərini araşdıran komissiya üzvlərinin müşayiəti üçün 300 əsgər ayırıb. Qəza ərazisində anti-terror əməliyyatları aparıldığına görə, komissiya
üzvləri əraziyə gedib çıxa bilməyiblər", səfir bildirib.

Səfir bildirib ki, Pakistan səfirliyinin bir əməkdaşı yerli hakimiyyət orqanları ilə axtarış əməliyyatlarını koordinasiya üçün Kabilə ezam edilib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal olunub və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti