...

Bakı sakini su quyusunda ölüb

Hadisə Materials 19 İyul 2011 10:12 (UTC +04:00)
Suraxanı rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 37 yaşlı Beyləqan rayon sakini Vəli Əliyev dünən axşam saatlarında Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozundakı həyətində olan 7 metrlik su quyusundan dəmir linki çıxarmaq üçün quyuya düşüb.
Bakı sakini su quyusunda ölüb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı sakini su quyusunda ölüb.

Suraxanı rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 37 yaşlı Beyləqan rayon sakini Vəli Əliyev dünən axşam saatlarında Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozundakı həyətində olan 7 metrlik su quyusundan dəmir linki çıxarmaq üçün quyuya düşüb.

Ailə üzvləri Əliyevin uzun müddətdən sonra quyudan çıxmadığını görüb, aidiyyəti qurumlara müraciət ediblər.

Araşdırma zamanı Əliyevin öldüyü məlum olub. Onun quyuda qazdan boğulduğu ehtimal olunur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti