Azərbaycan, Bakı, 3 avqust /Trend/
Azərbaycanın Rusiya ilə sərhəd ərazisi sayılan Xaçmaz rayonunda ağır qətl hadisəsi qeydə alınıb.
Xaçmaz rayon prokurorluğundan çərşənbə günü Trend-ə bildiriblər ki, avqustun 2-si saat 20:00 radələrində 1981-ci il təvəllüdlü Cümşüd Xudaverdiyevin bədənində çoxsaylı xəsarəti olan meyiti rayonun Tel kəndi ərazisində aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb.
Azərbaycanın Rusiya ilə sərhəd ərazisində ağır qətl hadisəsi törədilib
Azərbaycanın Rusiya ilə sərhəd ərazisi sayılan Xaçmaz rayonunda ağır qətl hadisəsi qeydə alınıb.
