...

Xızıda odlu silahla qətl törədilib

Hadisə Materials 6 Avqust 2011 10:34 (UTC +04:00)
Xızı rayonunda ağır qətl hadisəsi törədilib.
Xızıda odlu silahla qətl törədilib

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Xızı rayonunda ağır qətl hadisəsi törədilib.

Xızı rayon prokurorluğundan şənbə günü Trend-ə bildirilib ki, cümə günü saat 12:00 radələrində Altıağac qəsəbəsindən Yarımca kəndinə gedən yolun kənarında qəsəbə sakini 1985-ci il təvəllüdlü Yusif Əliyevin odlu silahla öldürülməsinə xarakterik meyiti aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, hadisə yerində bir ov tüfəngi tapılıb. Hazırda cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Xəbər lenti

Xəbər lenti