...

Bakıda gənclərin mübahisəsi ölümlə nəticələndi (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Avqust 2011 12:55 (UTC +04:00)
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib
Bakıda gənclərin mübahisəsi ölümlə nəticələndi (ƏLAVƏ OLUNUB)

Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub. (İlk xəbər 10:16-da yayılıb)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 15-də saat gecə saatlarında Bilgəh qəsəbəsin qəsəbə sakini 24 yaşlı Rəşad Əliyev aralarında yaranmış mübahisə zamanı qonşusu, 21 yaşlı Vasif Əliyevi bıçaqla qətlə yetirib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Əliyev tutulub.

Xəbər lenti

Xəbər lenti