...

Gəncədə yol polisinin iki əməkdaşına bıçaqla xəsarət yetirən şəxs tutulub

Hadisə Materials 17 Avqust 2011 10:26 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inspektorları Vüsal Alyev və Asim Əliyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmış Vüsal Süleymanov tutularaq istintaqa təhvil verilib.
Gəncədə yol polisinin iki əməkdaşına bıçaqla xəsarət yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Dünən axşam Gəncədə yol polisinin iki əməkdaşına bıçaqla xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov çərşənbə günü Trend-ə bildirib ki, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inspektorları Vüsal Alyev və Asim Əliyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmış Vüsal Süleymanov tutularaq istintaqa təhvil verilib.

Ötən axşam saat 01:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları, kiçik polis serjantları Asim Əliyev və Vüsal Alıyev yaxınlıqdakı binanın qarşısında bir qrup şəxsin mübahisə etdiyini görüb, ictimai asayişi qorumaq məqsədilə onlara yaxınlaşıblar.

Polis əməkdaşları həmin şəxsləri qayda-qanuna riayət etməyə çağırıb. Mübahisə edənlərdən biri polis əməkdaşlarına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Hər iki polis əməkdaşı xəstəxanaya çatdırılıb. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Alıyevin vəziyyəti isə qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti