...

Bakının Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində baş verən ağır yol qəzası (VİDEO)

Hadisə Materials 23 Avqust 2011 18:24 (UTC +04:00)
Bakının Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində baş verən ağır yol qəzası (VİDEO)
Bakının Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində baş verən ağır yol qəzası (VİDEO)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Dünən axşam saat 18.00-19.00 radələrində Bakıda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində bir maşının yanması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyi Bakının mərkəzində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və naməlum sürücünün idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Sonradan "Mercedes" markalı avtomaşın yolun kənarında dayanmış, Bakı şəhər sakini Amil Kərimova məxsus "VAZ-21015" markalı avtomaşına dəyib.

Nəticədə "Hyundai XG 350" markalı avtomaşının sürücüsü Babək Nəbiyev hadisə yerində ölüb.

"Mercedes" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş verib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti