Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 21 yaşlı gənci elektrik cərəyanı vurub.
Bakının Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində yaşayan 1990-cı il təvəllüdlü Suvarov Tehran Kamal oğlu mənzildə elektrik lampasını dəyişərkən partlayış olub və onu elektrik cərəyanı vurub.
Suvarov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.