...

Bakıda Mərkəzi Univermağa bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Hadisə Materials 20 Sentyabr 2011 13:21 (UTC +04:00)
Bakıda Mərkəzi Univermağa partlayıcı qurğu qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
Bakıda Mərkəzi Univermağa bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Mərkəzi Univermağa partlayıcı qurğu qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Bu gün səhər hüquq-mühafizə orqanlarına Bakı şəhəri Səbail rayonunda yerləşən "Mərkəzi Univermaq" ASC-nin binasına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı yalan məlumatın Şamaxı rayon sakini 16 yaşlı T.V. tərəfindən verilməsi müəyyən edilib.

O, saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməyiblər.

Xəbər lenti

Xəbər lenti