...

Azərbaycanda bir gündə dərmandan üç zəhərlənmə faktı qeydə alınıb

Hadisə Materials 23 Sentyabr 2011 13:15 (UTC +04:00)
Azərbaycanda bir gündə dərmandan üç zəhərlən faktı qeydə alınıb
Azərbaycanda bir gündə dərmandan üç zəhərlənmə faktı qeydə alınıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir gündə dərmandan üç zəhərlənmə faktı qeydə alınıb.

Trend-in Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Gəncə şəhərində yaşayan Kəmalə Qasımova mənzilindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır.

Bakı şəhər sakini Nərgiz Əliyeva da həmin gün evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətinin ağır olduğu bildirilib.

Bakı şəhər sakini 16 yaşlı Vüsalə Paşayeva da sentyabrın 22-də mənzillərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun da vəziyyəti ağır qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti