Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Dünən axşam Xətai rayonu Nobel prospektində yol qəzası baş verib.
Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Zığ qəsəbəsi istiqamətinə hərəkət edən "Lada" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yolun kənarındakı daş hasara çırpıb və qəfildən yolda hərəkətdə olan "Hyundai" markalı avtomobilin qarşısına çıxıb. "Hyundai"-ın sürücüsü idarəetməni itirib və maşın işıq dirəyinə çırpılıb.
Qəza zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlər arasında xəsarət alan omlayıb.
Faktla bağlı Xətai rayon polis idarəsində araşdırma aparılır.
Xətai rayonunda iki avtomobil yol qəzası törədib
Dünən axşam Xətai rayonu Nobel prospektində yol qəzası baş verib.
