Azərbaycan, Bakı, 19 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakıda "Əzizbəyov" metrostansiyasının qarşısında bu gün səhər saatlarında naməlum avtomobil yolu keçən piyadanı vurub.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektində avtomobil yolu keçən təqribən 20 yaşlı, şəxsiyyəti istintaqa hələlik məlum olmayan qızı vurub və o, hadisə yerində keçinib.
Avtomobil hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda naməlum avtomobil yolu keçən piyadanı vurub
Bakıda "Əzizbəyov" metrostansiyasının qarşısında bu gün səhər saatlarında naməlum avtomobil yolu keçən piyadanı vurub.
