...

Bakıda 16 yaşlı avtobus sürücüsü qəza törədib, 5 nəfər xəsarət alıb

Hadisə Materials 21 Dekabr 2011 12:15 (UTC +04:00)
Bakıda 16 yaşlı avtobus sürücüsü qəza törədib.
Bakıda 16 yaşlı avtobus sürücüsü qəza törədib, 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 16 yaşlı avtobus sürücüsü qəza törədib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 20-si saat 08:30 radələrində Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Nurlanəli Quliyev idarə etdiyi "Şaulin" markalı 316 saylı xətt avtobusunu Mehdi Rəşidovun idarə etdiyi "Toyota" və Rövqan Mikayılovun idarə etdiyi "Opel" markalı avtomobillərə vurub.

Nəticədə, avtobusun sərnişinləri İsmayıl İsmayılzadə, Nəriman Heydərova, Nəzri Qəhrəmanova, Tapdıq Hətəmov və Namiq Rüstəmov xəsarət alaraq 3 saylı xəstəxanaya daxil olublar.

Araşdırma nəticəsində bəlli olub ki, avtobusun sürücüsü 16 yaşlı Nurlanəli Quliyev sərnişin avtobusunu nəinki qanuni icazəsi, hətta sürücülük vəsiqəsi olmadan idarə edir.

"Sürücünün və təbii ki, marşrut xətti rəhbərliyinin bu məsuliyyətsizliyi isə, göründüyü kimi, növbəti yol-qəza hadisəsi və insanların xəsarət alması ilə nəticələnib", - Bakı şəhər BPİ-nin yaydığı məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti