...

Azərbaycanda bayram günləri yol qəzalarında 20 nəfər ölüb, 56 nəfər yaralanıb

Hadisə Materials 3 Yanvar 2012 11:34 (UTC +04:00)
Respublikada son 3 gündə 42 yol qəzasında 20 nəfər həlak olub, 56 nəfər yaralanıb.
Azərbaycanda bayram günləri yol qəzalarında 20 nəfər ölüb, 56 nəfər yaralanıb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Respublikada son 3 gündə 42 yol qəzasında 20 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, qeydə alınan qəzaların əksəriyyəti və ölüm hadisələrinin hamısı respublikanın rayonlarında və iri magistrallarında qeydə alınıb.

Əliyevin sözlərinə gprə, dekabrın 31-də 18 yol qəzası zamanı 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Yanvarın 1-də 9 hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Yanvarın 2-də isə 15 yol qəzası baş verib, nəticədə 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Bayram günləri ölümlə nəticələnən yol qəzaları Hacıqabul, Oğuz rayonlarında və Bakı-Şamaxı yolunda qeydə alınıb.

Şöbə rəisinin sözlərinə görə, son 3 gündə Bakıda 9 yol qəzası zamanı ölüm qeydə alınmasa da, 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yol polisi sürücülərə diqqətli olmağı, avtomobilləri yüksək sürətlə və sərxoş vəziyyətdə idarə etməməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti