...

Bakıda avtomobil təmiri sexində yanğın olub, bir nəfər ölüb

Hadisə Materials 3 Yanvar 2012 14:35 (UTC +04:00)
Bakıda avtomobil təmiri sexində yanğın olub, bir nəfər ölüb.
Bakıda avtomobil təmiri sexində yanğın olub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil təmiri sexində yanğın olub, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyə Bakı şəhəri, Xətai rayonunda yanmış avtomobil haqqında məlumat daxil olub.

Hadisə yerində müəyyən olunub ki, təxminən 2 gün əvvəl baş vermiş yanğın nəticəsində vətəndaşa məxsus avtomobil təmiri sexində ümumi sahəsi 15 kvadratmetr olan xidməti otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb.

Hadisə yerinin kəşfiyyatı zamanı 1955-ci il təvəllüdlü Fəxrəddin Əjdər oğlu Babayevin yanmış cəsədi aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin "101 qaynar xətti"nə və "112 zəng mərkəzi"nə baş vermiş yanğın hadisəsi barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti