Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda 26 yaşlı qızın meyiti tapılıb.
Binəqədi rayon prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi ev 5 b, mənzil 14-də 1985-ci il təvəllüdlü Günay Alıyevanın üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.
Ölümün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.