Azərbaycan, Bakı, 14 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Qaradağda cibgirlik edən şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 8-nə keçən gecə Lökbatan qəsəbəsində kirayədə yaşayan Gəncə şəhər sakini Rövşən Mehdiyevin cibindən 2000 ABŞ dolları və 18 manat naməlum şəraitdə oğurlanıb.
Qaradağ Rayon polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quliyev saxlanılıb.
Qaradağda cibgirlik edən şəxs saxlanılıb
Qaradağda cibgirlig edən şəxs saxlanılıb/