Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qəbiristanlıqda qumbara tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonu ərazisindəki qəbiristanlıqda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən edilib ki, bu,1 ədəd istifadəyə yararlı əl qumbarasıdır.
Sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.