...

Dünən Azərbaycanda yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Hadisə Materials 27 Yanvar 2012 13:05 (UTC +04:00)
Dünən Azərbaycanda yol qəzası nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Dünən Azərbaycanda yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.Mehdiyev/

Dünən Azərbaycanda yol qəzası nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 3 km aralı) "KAMAZ" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.

Nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü - 1960-cı il təvəllüdlü Mahir Mikayıl oğlu Mürsəlov hadisə yerində və sərnişini - 1973-cü il təvəllüdlü Adilə Mikayıl qızı Balayeva xəstəxanada vəfat edib, digər 3 sərnişin yaralanıb.

İsmayıllı şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü və 1 nəfər sərnişin yaralanıb, digər sərnişin - 1986-cı il təvəllüdlü Tural Atamoğlan oğlu Bədəlov hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti