Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/
Daxili İşlər Nazirliyi dünən baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də saat 01:00 radələrində Masallı rayonunun Məmmədxanlı kəndi ərazisində rayon sakini İlqar İmanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu kanala aşırıb.
Nəticədə sürücü boğularaq ölüb.
Həmin gün saat 20:00 radələrində Bərdə rayonunun Boyəhmədli kəndi ərazisində Tovuz rayon sakini Şükür Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub.
Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət almış sərnişinləri Ədalət Əhmədov və Vaqif Vəliyev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
Daxili İşlər Nazirliyi dünən baş verən yol qəzaları ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi dünən baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.
