Azərbaycan, Bakı, 20 mart /Trend/
Sumqayıtda 7 nəfər dəm qazından zəhərlənib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 19-da Sumqayıt şəhər sakinləri Ruhiyyə Rəhimova, Kəmalə Allahverdiyeva, Saleh Məmmədov və arvadı Maisə, Köhnə Corat qəsəbə sakini Lalə Qarayeva, Təzə Corat qəsəbə sakinləri Salman Əliyev və onun gəlini Əfsanə Mehdiyeva mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.
Digər zəhərlənmə hadisəsi isə Bakıda qeydə alınıb. Xətai rayon sakini Bəhram Əliyev evindən dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib, martın 20-də orada ölüb.
Həmçinin, Göygöl rayon sakini Ağca Orucova evindən sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.