Azərbaycan, Bakı, 24 mart /Trend/
Şəmkir rayonu,Yeniabad kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə "Oka" markalı minik avtomobili toqquşub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə "Oka" markalı minik avtomobilinin sürücüsü - 1969-cu il təvəllüdlü Mahir Qəhrəman oğlu Qasımov və sərnişini - 1957-ci il təvəllüdlü Maarif Rəşid oğlu Babayev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən meyitləri çıxarıb aidiyyəti üzrə təhvil veriblər.