Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Gəmidən sürtgü yağı oğurlayan şəxslər tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayının 31-də Zığ Quru Yük Limanında Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Şollar" gəmisindən hər birinin həcmi 200 litr olan 47 ədəd çəlləklərə doldurulmuş sürtgü yağını yük avtomaşınlarına yükləyib oğurlamağa cəhd göstərmiş Ağdam rayon sakini Rüstəm Hacıyev və Bakı şəhər sakini Rəsul Əliyev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Gəmidən sürtgü yağı oğurlayan şəxslər tutulub
Faktla bağlı cinayət işi başlanıb.
