...

Azərbaycanda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 14 Aprel 2012 13:10 (UTC +04:00)
Azərbaycanda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Azərbaycanda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirliyin"112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü - 1954-cü il təvəllüdlü Kazımov Mirağa Böyükağa oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.

İsmayıllı şəhərində "VAZ-2106" və "VAZ-21010" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil zədələnib, sürücülər xəsarət alıb. "VAZ-2106" markalı avtomobilin sürücüsü xilasedicilər tərəfindən müvafiq qaydada avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti