...

Gəncədə keçmiş məhkum maşın qaçırıb

Hadisə Materials 18 Aprel 2012 12:28 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 17-nə keçən gecə Gəncə şəhərində, şəhər sakini Elnur Mehdiyevə məxsus "Daewoo" markalı avtomaşın qaçırılıb.
Gəncədə keçmiş məhkum maşın qaçırıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Gəncədə keçmiş məhkum maşın qaçırıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 17-nə keçən gecə Gəncə şəhərində, şəhər sakini Elnur Mehdiyevə məxsus "Daewoo" markalı avtomaşın qaçırılıb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 09:00 radələrində şəhər ərazisində maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.

Araşdırmalar zamanı hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tərəfindən törədildiyi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti