...

Bakıda şirkətdən metal külçələr oğurlayanlar saxlanılıb

Hadisə Materials 28 Aprel 2012 11:23 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 15-də II Zabrat qəsəbəsi Oktyabr küçəsində yerləşən «MVS» şirkətindən naməlum şəraitdə 80 ədəd qara metaldan olan külçə oğurlanıb.
Bakıda şirkətdən metal külçələr oğurlayanlar saxlanılıb

Azərbaycan, Bakı, 28 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda şirkətdən oğurluq edən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 15-də II Zabrat qəsəbəsi Oktyabr küçəsində yerləşən "MVS" şirkətindən naməlum şəraitdə 80 ədəd qara metaldan olan külçə oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə işləyənlər Bakı şəhər sakinləri İlyas İbadov, Vilayət Qasımov və Anar Eyyubov aprelin 27-də tutulublar.

Xəbər lenti

Xəbər lenti