...

Sumqayıtda 15-16 yaşlı yeniyetmə traktorun altında qalıb

Hadisə Materials 3 May 2012 10:46 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda 15-16 yaşlı yeniyetmə traktorun altında qalıb

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda 15-16 yaşlı yeniyetmə traktorun altında qalıb.

Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Sülh küçəsində, "Lukoyl" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü traktoru arxaya verərkən hələlik şəxsiyyəti müəyyən olunmayan 15-16 yaşlı yeniyetmə traktorun altında qalıb və dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti