Azərbaycan, Bakı, 18 may /Trend/
Zaqatalada güclü zəlzələ olub.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 19:46-də Zaqataladan 15 km cənubda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6, Zaqatala şəhərində və episentrə yaxın yaşayış məntəqələrində 4 və 5 bal hiss olunub.
Zəlzələ zamanı insan tələfatı olmayıb.