Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, mayın 17-də avtomaşın qaçırdığına görə tutulmuş Amil Ramazanovun ətrafında aparılmış tədbirlər nəticəsində onun həmin gün Bakı şəhər sakini Qiyaməli Bayramovla birgə İlkin Məlikova məxsus "VAZ-2106", Fikrət Hidayətova məxsus "VAZ-2106" və Akif Vəliyevə məxsus "QAZ-24" markalı avtomaşınları qaçırması Nizami (Bakı) və Suraxanı RPİ əməkdaşları tərəfindən müəyyən edilib.
Bayramov da tutulub