...

Bakı-Quba yolunda avtomobil körpüyə çırpılıb, xəsarət alan var

Hadisə Materials 1 Avqust 2012 12:52 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəzada sürücü xəsarət alıb.
Bakı-Quba yolunda avtomobil körpüyə çırpılıb, xəsarət alan var

Azərbaycan, Bakı, 1 avqust / Trend müxbir K.Zərbalıyeva/

Şabran rayonunda, Bakı-Quba yolunun 115-ci kilometrliyində "MAN" markalı yük avtomobili körpüyə çırpılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəzada sürücü xəsarət alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti