...

Füzulidə traktor su kanalına düşüb, sürücü ölüb

Hadisə Materials 31 Avqust 2012 12:53 (UTC +04:00)
Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Füzulidə traktor su kanalına düşüb, sürücü ölüb

Azərbaycan, Bakı,31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Füzulidə traktor su kanalına düşüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 19:00 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində, kənd sakini Sənan İsmayılov "T-28" markalı traktoru idarə edərkən onu yolun kənarındakı su kanalına aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti