...

Pakistanda mövsümi yağışlar 69 nəfərin ölümünə səbəb olub

Hadisə Materials 10 Sentyabr 2012 13:41 (UTC +04:00)
Pakistanın Sindh əyalətinin Şikarpur şəhərində ötən gecədən başlayan aramsız yağışar nəticəsində bu şəhərdə fövqəladə vəziyyət elan olunub.
Pakistanda mövsümi yağışlar 69 nəfərin ölümünə səbəb olub

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Cəfərov/

Pakistanın Sindh əyalətinin Şikarpur şəhərində ötən gecədən başlayan aramsız yağışar nəticəsində bu şəhərdə fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, bu barədə İran televiziyası məlumat verir.

Məlumata əsasən, yağış ötən gecə Pəncab əyalətində 34, Sind əyalətinin Heydərabad şəhərində 5, Bəluçistan əyalətində və digər əyalətlərdə 8 nəfərin ölümünə səbəb olub. Bu gün isə yağış müxtəlif şəhərlərdə daha 22 nəfərin həyatına son qoyub.

Pakistan Hidrometeorologiya İdarəsi yağışlı havanın bir neçə gün davam edəcəyini bildirib. Bəzi bölgələrdə sel və daşqınların olması istisna edilmir.

Xəbər lenti

Xəbər lenti