...

Tovuz sakini özünü qatarın altına ataraq intihar edib

Hadisə Materials 26 Sentyabr 2012 09:41 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Tovuz sakini özünü qatarın altına ataraq intihar edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Tovuz rayon sakini özünü qatarın altına ataraq intihar edib.

Ağstafa rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağstafa stansiyasının ərazisində Tovuz sakini 1988-ci il təvəllüdlü Fətəli Yaqubov özünü Qazax rayon istiqamətinə hərəkət edən Bakı-Qazax qatarının altına atıb.

Yaqubov hadisə yerində keçinib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti