Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
İsmayıllıda zəlzələ olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, oktyabrın 7-də Bakı vaxtı ilə saat 16:42-də İsmayıllı rayonundan 17 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların gücü episentrdə 5,4 bal olub. Yeraltı təkanlar Pirqulu, İsmayıllı və Ağsu rayonlarında 5 bal, respublikanın başqa rayonlarında isə (Bakı, Sumqayıt, Xırdalan və s.) 2-4 bal gücündə hiss olunub.
İlkin məlumata əsasən, insan tələfatı olmayıb.