...

Ermənistan təyyarəsinin pilotu Türkiyədə enməyə razılıq verib

Hadisə Materials 15 Oktyabr 2012 15:00 (UTC +04:00)
Türkiyənin Ərzurum şəhərində məcburi endirilən Ermənistan təyyarəsinin pilotu ölkə hakimiyyətinin müvafiq xəbərdarlığından sonra enməyə razılıq verib.
Ermənistan təyyarəsinin pilotu Türkiyədə enməyə razılıq verib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Ərzurum şəhərində məcburi endirilən Ermənistan təyyarəsinin pilotu ölkə hakimiyyətinin müvafiq xəbərdarlığından sonra enməyə razılıq verib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib.

Türkiyə hakimiyyəti bu gün Ermənistan təyyarəsini Ərzurum aeroportuna enməyə məcbur edib. Məlumata görə, hazırda təyyarənin yük yerində axtarış aparılır.

Türkiyənin NTV telekanalının məlumatına görə, təyyarə Suriyanın Hələb şəhərinə istiqamət alırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti