...

Türkiyədə hərbi avtomobil aşıb, səkkiz nəfər yaralanıb

Hadisə Materials 26 Noyabr 2012 12:06 (UTC +04:00)
Bazar ertəsi Türkiyənin Adıyaman şəhərində hərbi avtomobil aşıb. Nəticədə səkkiz hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb.
Türkiyədə hərbi avtomobil aşıb, səkkiz nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bazar ertəsi Türkiyənin Adıyaman şəhərində hərbi avtomobil aşıb. Nəticədə səkkiz hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Zaman" qəzeti xəbər verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yol qəzasına avtomobildə idarəetmənin itirilməsi səbəb olub. Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti