...

Bakıda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alan var

Hadisə Materials 18 Dekabr 2012 09:09 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Bakıda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bakıda minik avtomobili ilə yük maşını toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb. Həmin avtomobilin sürücüsü isə hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti