Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Meşədə odlu silahla öldürülən Masallı rayon sakininin qatili tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndinin meşə zolağında Şahin Talıbovun ov tüfəngindən açılmış atəş nəticəsində ölməsi müəyyən edilib.
Faktla əlaqədar aparılmış araşdırmalar zamanı onun Masallı rayon sakini Ülvi Qüdrətzadənin ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən ölməsi müəyyən edilib.
Qüdrətzadə Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.