...

FHN: Bakıda “Kamaz” markalı yük avtomobili körpüdən aşıb, bir nəfər xəsarət alıb

Hadisə Materials 4 Yanvar 2013 10:26 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında “Kamaz” markalı yük avtomobili körpüdən aşıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.
FHN: Bakıda “Kamaz” markalı yük avtomobili körpüdən aşıb, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Fövqəladə Hallar Nazirliyi Sabunçu rayonunda "Kamaz" markalı yük avtomobilinin körpüdən aşması ilə bağlı məlumat yayıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında "Kamaz" markalı yük avtomobili körpüdən aşıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:06-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti