Gürcüstan, Tbilisi, 8 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Mtsxeta-Mtianeti regionunun (Gürcüstanın şərqi) Xada dərəsində intensiv güclü qar yağması səbəbindən 18 kəndin xarici aləmlə əlaqəsi kəsilib.
Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, güclü qarın davam etməsi səbəbindən texnika yolların təmizlənməsinə başlaya bilmir.
Qaz kəmərinin zədələnməsi səbəbindən kəndlərdə vəziyyət mürəkkəbləşir, kəndlərə qaz verilmir. Bu hal istiliklə təminat baxımından vəziyyəti çətinləşdirir.
Regionda qar örtüyünün hündürlüyü 1 metrə çatır.