Azərbaycan, Bakı, 9 fevral /Trend/
Matansa məntəqəsinə aid olan dörd yerlik, təkmotorlu Cessna 172 təyyarəsinin Buenos-Ayresdə qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. RİA Novosti xəbər verir ki, hadisə yerli vaxtla 19 və 20 arasında Lomas-de-Samora Milli sosial elmlər Universitetinin yaxınlığında baş verib.
Təyyarənin qəzaya uğramasının səbəbləri hələ ki bəlli deyil.
Eyni zamanda, həlak olanların adları açıqlanmır.
Hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və vətəndaş müdafiəsinin nümayəndələri işləyir.