Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/
Masallıda bir şəxs qayınatasına atəş açaraq öldürmək istəyib.
Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Təklə kəndinin sakini Rzayev Etibar Aydın oğlu ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı qonşuluğunda yaşayan qayınatası İbayev Novruz Rüstəm oğlunun evində atəş açaraq onu qətlə yetirməyə cəhd göstərib. Xoşbəxtlikdən İbayev ölməyib.
Masallı Rayon Poliş Şöbəsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində Rzayev Etibar tutularaq saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə cinayət işi açılıb, istintaq aparılıb.