...

Yevlax-Mingəçevir yolunda ölümlə nəticələnən qəza baş verib

Hadisə Materials 15 Fevral 2013 17:05 (UTC +04:00)
Yevlax rayonunun Aran qəsəbəsi ilə Mingəçevir şəhəri arasındakı magistral yolun 8-ci kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yevlax-Mingəçevir yolunda ölümlə nəticələnən qəza baş verib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/

Yevlax rayonunun Aran qəsəbəsi ilə Mingəçevir şəhəri arasındakı magistral yolun 8-ci kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində qeydə alınıb. Belə ki, 90-GZ- 404 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobil 99-BV-979 dövlət nömrə nişanlı "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı 1992-ci il təvəllüdlü Yevlax sakini Həsənov Heydər Elşad oğlu ölüb. Mingəçevir şəhər sakinləri - 1989-cu il təvəllüdlü Məhərrəmov Amil Mikayıl oğlu, 1986-cı il təvəllüdlü Babayev Ceyhun Gündüz oğlu, 1984-cü il təvəllüdlü Əliyev Elçin Məhərrəm oğlu və Yevlax rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Rahib Maarif oğlu ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Artıq Dövlət Yol Polisi bölməsinin əməkdaşları hadisənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə əraziyə texniki ekspertiza baxış keçiriblər.

Faktla bağlı Yevlax rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti