...

Quşlar "Türk Hava Yolları"nın təyyarəsinə "hücum" etdilər

Hadisə Materials 26 Fevral 2013 09:58 (UTC +04:00)
İstanbuldan Ankaraya hərəkət edən "Türk Hava Yolları"na (THY) məxsus təyyarə quş dəstəsi ilə toqquşub.
Quşlar "Türk Hava Yolları"nın təyyarəsinə "hücum" etdilər

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir А.Tağıyeva/

İstanbuldan Ankaraya hərəkət edən "Türk Hava Yolları"na (THY) məxsus təyyarə quş dəstəsi ilə toqquşub. Bu barədə Trend çərşənbə günü "Sabah" qəzetinə istinadən məlumat verir.

Toqquşma nəticəsində təyyarənin mühərriki zədələndiyindən, hava gəmisi İstanbulda Atatürk hava limanına geri dönməli olub.

Bildirilir ki, hadisə nəticəsində 110 sərnişindən heç biri xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti