...

Sumqayıtda yanmış transformatorun yanında meyit aşkar edilib

Hadisə Materials 26 Fevral 2013 16:03 (UTC +04:00)
Sumqayıtda transformatorun yanında tapılmış meyitin kimliyi müəyyənləşdirilir.
Sumqayıtda yanmış transformatorun yanında meyit aşkar edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Sumqayıtda transformatorun yanında tapılmış meyitin kimliyi müəyyənləşdirilir.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində transformatorun yağı və sarğıları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı naməlum kişi cəsədi aşkar olunub.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın saat 13:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhər Polis İdarəsindən Trend-ə bildiriblər ki, hələlik meyitin şəxsiyyəti müəyyən olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti