...

Ağcabədidə və Şəkidə partlayış olub, ölən var

Hadisə Materials 28 Fevral 2013 13:27 (UTC +04:00)
Ağcabədi və Şəki rayonlarında yaşayış evlərində partlayış baş verib.
Ağcabədidə və Şəkidə partlayış olub, ölən var

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Ağcabədi və Şəki rayonlarında yaşayış evlərində partlayış baş verib.

Daxili İşlər Nazirlyinin mətbuat xidətindən Trend-ə verilən məlumata görə, dünən saat 16:30 radələrində Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın evində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə evin pəncərə şüşələri sınıb, evdəki əşyalar dağılıb, yanıq xəsarəti almış orada kirayədə yaşayan Abşeron rayon sakini Sadiq Kamallı xəstəxanaya yerləşdirilib.

Hazırda Kamallının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Daha bir partlayış hadisəsi Şəki şəhərində qeydə alınıb. Gecə saat 00:20 radələrində Şəki şəhərində yaşayan İlham Məmmədova məxsus evdə partlayış baş verib.

Partlayış nəticəsindən Məmmədov ölüb. Onun qardaşı Elman isə xəstəxanaya yerləşdirilib. Hazırda Elman Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əlavə, partlayış nəticəsində evin qapı, pəncərə və döşəməsi dağılıb.

Əldə edilən ilkin məlumatlara əsasən, hadisənin qaz balonu ilə ehtiyatsız davranılmasından baş verdiyi ehtimal olunur.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti